'Eurovision' mahnımızı öz dilimizdə dinləmək istəyənlərə şad xəbər - VİDEO

MƏDƏNİYYƏT
13:16 14.04.2012
3500

«When the Music Dies»: Akustik versiya və Azərbaycan dilindә olan versiya “YouTube”da yayımlanıb.

AZXEBER.COM-un məlumatına görə, “Eurovision 2012” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Səbinə Babayeva məftunedici “When the Music Dies” balladasının iki yeni versiyasını təqdim edib – incə akustik versiya və pərəstişkarların çoxdan gözlədikləri doğma Azərbaycan dilində olan versiya.

“When the Music Dies” balladasının akustik versiyasında gözlənilməz, eyni zamanda təsirli və həyəcanverici flamenko əhval-ruhiyyəsi yaranmışdır, bunun sayəsində Səbinənin səsi yeni səslənmə, mahnı isə - yeni həyat əldə etmişdir.

“When the Music Dies” balladasının akustik versiyasının yazılışında iki gitara iştirak etmişdir, bu da mahnıya heç nə ilə müqayisə olunmayacaq təsirli kövrəklik bəxş edir.

“Mahnının bu versiyası öz sadəliyi ilə gözəldir, mahnı özü artıq hər şeyi deyir, akustik versiyada hər bir səs, hər bir not mənim xoşuma gəlir. O, inanılmaz dərəcədə güclüdür və həyatımızın ən başlıca hissi olan sevgiyə yeni gözlə nəzər salmağa kömək edir”, - deyə Səbinə qeyd edib.

Müğənni eyni zamanda mahnının Azərbaycan dilindəki versiyası üzərində də çalışmışdır. Səbinə “When the Music Dies” mahnısını ilk dəfə eşitdiyi andan bu variantı yazmaq istəyirdi ki, sevgi alovunun və rədd edilmiş hisslərin yandırıcı buzunu doğma dildə çatdıra bilsin.

“When the Music Dies” sözün əsl mənasında məni heyrətləndirdi. Bu mahnı dərin, incə kompozisiya ilə birləşdirilmiş həsrət və sevinc, inam və ümiddir. Bu ümid heç zaman ölmür, o, bizi yaşamağa və inamlı olmağa vadar edir. Mən Azərbaycan dilindəki versiyada mahnının emosional ruhunu qoruyub saxlamağa çalışmışam. Ümid edirəm ki, buna nail olmuşam”, - mahnının Azərbaycan dilində sözlərinin müəllifi Teymur Məmmədov belə deyir.

“When the Music Dies” mahnısının həm ingilis, həm də Azərbaycan dilindəki versiyalarının ürəklərə yol tapması üçün Səbinə əlindən gələni edib. Müğənninin dediyi kimi, əsl sevgi və musiqi sərhəd tanımır.

Teymur Məmmədov Səbinə ilə əməkdaşlığından yaranan təəssüratları ilə bölüşdü: “Səbinə - qeyri-adi bir müğənnidir. O, özünə qarşı tələbkar və məqsədyönlü ifaçıdır. Düşünürəm ki, qarşıda onu böyük uğurlar gözləyir.

Akustik və Azərbaycan dilindəki versiyalardan əlavə yaxın bir neçə həftə ərzində Səbinə bu mahnının caz versiyasını da təqdim edəcəkdir.

Azərbaycan dilində olan versiyası buradadır: https://youtu.be/j2jU01Nf6WA

Akustik versiyası buradadır: https://www.youtube.com/watch?v=OeKxwUb3SV4

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb