“Eurovision” namizədimiz Ukrayna şou-biznesinə qatılır

“Eurovision” namizədimiz Ukrayna şou-biznesinə qatılır
ŞOU-BİZNES
12:58 14.11.2011
1333

Ötən il “Eurovision-2011” mahnı müsabiqəsinin milli seçimlərində uğurlu çıxış nümayiş etdirən və bu il də “Eurovision-2012” mahnı müsabiqəsinin milli seçimlərinə qatılan müğənni Adil Baxışlı Ukraynanın tanınmış musiqi şirkətlərindən birindən təklif alıb.

Bu barədə ANS PRESS- ə müğənninin özü məlumat verib: “Bu il “Eurovison-2012” mahnı müsabiqəsinin milli seçimlərinə qatılmışam. “Eurovision”da iştirak arzumdur. Digər tərəfdən də gözləmədiyim bir təklif almışam. Bu gün şou-biznesdə bütün sənətçilər Rusiya, ya da Türkiyə şou-biznesində qatılmaq istəyir. Mən isə Ukraynanın musiqi şirkətlərindən birindən musiqi karyerama dair yaxşı təklif almışam. Əgər müqaviləni imzalasam, Azərbaycanı xaricdə təmsil etmək imkanı qazanacam. Hələlik bu barədə düşünürəm”.

OXŞAR XƏBƏRLƏR