Eurovision təmsilçilərimiz məşqdə -VİDEO

ŞOU-BİZNES
11:20 03.05.2011
2374

Eldar və Nigarın “Eurovision” səhnəsindəki ilk məşqi uğurla keçib. Məşq zamanı Azərbaycanın 56-cı “Eurovision” təmsilçilərinin səhnə şousu da məlum olub. Eldar Qasımov və Nigar Camal Düsseldorf səhnəsində 4 vokalçı ilə birgə çıxış edəcəklər. Bu bek-vokalçılar təmsilçilərimizi həm musiqi, həm də rəqs ifaları ilə müşayiət ediblər. Təmsilçilərimizin məşqi Avropa mediası tərəfindən də diqqətlə izlənilib. Məşqdən sonra Eldar və Nigarın mətbuat konfransı olub. Mətbuat konfransı bir neçə dildə keçib. Həm alman, həm ingilis, həm də rus dillərində ünvanlanan suallara təmsilçilərimiz elə həmin dillərdə cavab veriblər. Qeyd edək ki, Azərbaycan təmsilçiləri mayın 10-da birinci yarımfinalda 18 nömrə altında çıxış edəcəklər. Həmin gün təmsilçilərimiz mayın 14-də keçiriləcək final mərhələsinə vəsiqə qazanmaq üçün mübarizə aparacaqlar.

//merkez

OXŞAR XƏBƏRLƏR