“Eurovision” təmsilçimizdən alov şousu - FOTOLAR

MAQAZİN
15:24 30.04.2015
2108
“Bakı-2015” Birinci Avropa Oyunlarının məşəlinin yandırma mərasimində “Eurovision” təmsilçimiz Fərid Məmmədov səhnəyə çıxıb.Uzun müddətdir gündəmdən uzaqlaşan F.Məmmədov rəqs kollektivinin müşayəti ilə alov şousu təqdim edib.İfaçının səhnə geyiminin müəllifi dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovadır.Libaslardan danışan G.Xəlilova bunları deyib:“Bu, müasir teatrlaşdırılmış şoudur. Buna görə də səhnə quruluşu və obrazları nəzərə alaraq kostyumların stilizasiyasına milli ornamentlər qatmışam. Fərid Məmmədovun kostyumunu qədim eposumuz “Dədə Qorqud”un qəhrəmanı Bamsı-Beyrək obrazı əsasında yaratmışam. Bakıda Birinci Avropa Oyunlarının keçirilməsi idman və mədəniyyət dünyası üçün tarixi hadisədir. Əminəm ki, Avropa Oyunları bütün dünya üçün parlaq və unudulmaz hadisə olacaq. Azərbaycan özünün unikal adət-ənənələri ilə fərqlənən, heyranedici təbiətə və zəngin tarixə malik olan ölkədir. Bu mühüm hadisə də xarici qonaqlara bizim gözəl ölkəmizlə və onun qonaqpərvər sakinləri ilə tanış olmaq, möhtəşəm idman, dostluq bayramını öz gözləri ilə görmək imkanı yaradır”.
OXŞAR XƏBƏRLƏR