Final konsertində İlhamə Qasımova, İlqarə İbrahimova, Eldar Qasımov, Aynişan Quliyeva və Nigar Camal mübarizə aparacaqlar.
Finalın ilk mərhələsində finala keçmək uğrunda 9 ifaçı yarışıb. Bunlar İlhamə Qasımova, İlqarə İbrahimova, Eldar Qasımov, Aynişan Quliyeva, Nigar Camal, Nurlan Növrəsli, Çingiz Mustafayev, Arzum Xəlilova və Günay İbrahimlidir. Tamaşaçı səsverməsinə görə, İlhamə Qasımova 1-ci, İlqarə İbrahimova 2-ci, Nuraln Növrəsli 3-cü, Arzum Xəlilova 4-cü, Aynişan Quliyeva 5-ci, Eldar Qasımov 6-cı, Çingiz Mustafayev 7-ci, Nigar Camal 8-ci, Günay İbrahimli isə 9-cu olub. Münsiflər heyətinin payına düşən 50% səsvermədən sonra isə bu nətiəcələr dəyişib. Növbəti mərhələyə vəsiqə qazanan 5 ifaçı fevralın ilk günlərində keçirilməsi nəzərdə tutulan final konsertində çıxış edəcək, Azərbaycanı “Eurovision-2011”də təmsil edəcək ifaçı onların arasından seçiləcək.