"Eurovision"a görə Bakını dəyişirlər

MARAQLI
05:23 08.08.2011
1980
O, kimisi üçün uşaqlıq xatirəsi, kimisi üçün isə minik vasitəsidir. Yarım əsrlik funikulyor paytaxtı gəzməyə çıxanların ilk getdiyi yerlər arasındadır.

XəzərTV-nin məlumatına görə, indi isə 41 illik funikulyor təmirə bağlanıb. Hər il bir dəfə təmir olunan Bakı funikulyoru sonuncu dəfə bu ilin aprelində təmirə dayandırılıb. Amma təmir işlərinin yekunlaşmasına az qalmış funikulyorla bağlı plan tamamilə dəyişib.

Bakı funikulyorunda istismarda olan iki köhnə vaqon avqustun 4-də relslər üzərindən çıxarılıb vaqon parkına aparılıb. Səbəb funikulyorun tamamilə dəyişdirilib müasir standartlara uyğun qurulması qərarıdır.

OXŞAR XƏBƏRLƏR