'Eurovision'un qalibi artıq məlumdur - FOTOLAR (R)
MƏDƏNİYYƏT
16:12 26.05.2012
5869
“Eurovision”da Almaniya, Rusiya və Hollandiya öz 12 xallarını paxlava şirniyyatına verdilər. İngiltərə və İsrail 12 xallarını şəkərburaya, Finlandiya və Yunanıstan isə badamburaya ən yüksək xallarını verdilər. Bu səsvermə “Eurovision” müsabiqəsinin keçirildiyi “Crystal Hall”un Mətbuat Mərkəzində baş tutdu. “Eurovision”a qida dəstəyi göstərən “Çudo Peçka” təqdim etdiyi Azərbaycan milli şirniyyatları arasında ən çox bəyəniləni araşdırdı. Müxtəlif ölkələrin təmsilçiləri və əcnəbi jurnalistlərdən paxlava, şəkərbura, badambura və şəkərçörək arasında seçim etmələri xahiş olundu. Əcnəbilər “Çudo Peçka”nın təqdim etdiyi şirniyyatlar arasında ən xoşlarına gələni bildirdilər. Sorğunun nəticələrini şirkətin əməkdaşları qeyd etdi və maraqlı statistika ortaya çıxdı. Beləliklə, əcnəbilər arasında ən çox sevilən milli şirniyyatımız 80 % səs çoxluğu ilə paxlava seçildi. Paxlavanı izləyən ardıcıllıq isə bu şəkildə oldu: şəkərbura, badambura və şəkərçörək.Sorğu nəticəsində həm də müəyyən olundu ki, ən çox şirniyyat sevən Avropa ölkələri Almaniya, Hollandiya və Rusiyadır. Bundan başqa, İngiltərə, Türkiyə və İsrail də şirniyyata biganə qala bilməyən ölkələrdəndir.Müxtəlif ölkə təmsilçilərinin milli şirniyyatlarımızla fotolar çəkdirməsi də maraqlı görüntülər yaratdı. Sizə həmin fotolardan bəzilərini təqdim edirik.