“Eurovision”un qalibi dünyasını dəyişdi

“Eurovision”un qalibi dünyasını dəyişdi
MAQAZİN
19:22 07.01.2018
2012
Fransız müğənni Frans Qall 70 yaşında vəfat edib.
 
AZXEBER.COM Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə baza günü, yanvarın 7-də, "France Info” nəşri məlumat yayıb.
 
Qeyd olunur ki, müğənni son iki ildə onkoloji xəstəliklə mübarizə aparırdı. Qall dekabrın ortalarında Paris yaxınlığında xəstəxanaların birinə yerləşdirilmişdi.
 
Bildirilir ki, hələ 1993-cü ildə həyat yoldaşı Mişel Birjenin ölümündən sonra müğənniyə süd vəzisinin xərçəngi diaqnozu qoyulmuşdu.
 
Qall musiqi karyerasına 1963-cü ildə, 16 yaşında başlayıb. İki il sonra, 1965-ci ildə o, "Eurovision” müsabiqəsində "Poupée de cire, poupée de son” mahnısı ilə Lüksemburqu təmsil edərək qalib gəlib.
 
OXŞAR XƏBƏRLƏR