“Eurovision” mahnı müsabiqəsinin rəsmi saytında (https://www.eurovision.tv/page/baku-2012/about/azerbaijan) Azərbaycanla bağlı məlumat bölməsində Azərbaycan tarixi təhrif edilib. AZXEBER.COM-un məlumatına görə, saytda Azərbaycan tarixi bölməsində qədim Midiya dövləti haqda yazılıb ki, midiyalılar hind-avropa mənşəli olublar və müasir kürdlərin əcdadlarıdır.
AZXEBER.COM portalı məsələ ilə bağlı tarixçilərin fikrini öyrənib. Tarixçi Elmar Musayevin dediyinə görə, “IX əsrə qədər kürdadında bir millət, xalq olmayıb . Tarixi qaynaqlarda türk kürdü, fars kürdü kimi deyimlər var. 6 macar boyundan biri də kürd adlanır.”
“Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsi Avropanın mötəbər musiqi yarışması olaraq Azərbaycan haqda bu cür kobud təhrifə yol verməklə ölkəmiz haqda tam yanlış təsəvvür yarada bilər. Ümid edirik ki, “Eurovision-2012" müsabiqəsinin keçiriləcəyi yer olaraq dünya ictimaiyyətini diqqətini cəlb edən Azərbaycan haqda bu cür səhv məlumat aradan qaldırılacaq.Gülnarə Bayramova