“Eurovison-2012” ilə bağlı Bakıda çoxmərtəbəli binalar sökülür

“Eurovison-2012” ilə bağlı Bakıda çoxmərtəbəli binalar sökülür
ŞOU-BİZNES
23:15 22.10.2011
1512
“Eurovision-2012” ilə əlaqədar Bakıda böyük söküntü işlərinə başlanılıb. Səbail rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, rayon ərazisində, A.Quliyev küçəsində yerləşən 2 9 mərtəbəli bina, həmçinin 49 saylı orta məktəbi yaxınlığındakı 9 mərtəbəli bina və yaxınlıqdakı digər binaların söküntüsünə başlanılıb. Səbail RİH-in şöbə müdiri İsrafil Kərimov Lent.az-a açıqlamasında bildirib ki, həmin binalarda yaşayanlar üçün 2 təklif irəli sürülüb. 1-ci təklifdə sakinlərə yaşayış yerinin hər kvadrat metrinə görə 1500 manat təklif olunub. Yaxud da həmin binaların sakinləri Badamdar qəsəbəsi, Nəqliyyat Nazirliyinin və ya “Qələbə” meydanının yaxınlığında yerləşən yeni tikililərdə mənzil ala bilərlər. Artıq bina sakinlərinin əksəriyyəti evlərini tərk edib. İ.Kərimov bildirib ki, söküntü işləri ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı var: “Bu, sırf “Eurovision” müsabiqəsi ilə bağlıdır. Həm də ölkə başçısı İlham Əliyev Dövlət Bayrağı Meydanında olarkən yaxınlıqdakı tikililərin sökülməsi, ərazinin abadlaşdırılması ilə bağlı tapşırıqlar verib”.
OXŞAR XƏBƏRLƏR