Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?

Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
MANŞET
15:26 22.07.2026
221
Son illərdə bank kreditlərinə müraciət edən vətəndaşların sayı artmaqda davam edir. Kredit əldə etmək istəyən şəxslərin qarşılaşdığı əsas tələblərdən biri isə girov təminatıdır.
 
Xüsusilə yüksək məbləğli kreditlər zamanı banklar riskləri minimuma endirmək məqsədilə müştərilərdən daşınar və ya daşınmaz əmlakı girov kimi təqdim etməyi tələb edirlər.
 
Girovun növü kreditin məbləğindən, təyinatından və bankın daxili kredit siyasətindən asılı olaraq müəyyənləşdirilir. Bəs vətəndaşlar kredit almaq üçün ən çox hansı əmlakı girov qoyurlar?

Mövzu ilə bağlı AZXEBER.COM-un sorğusunu cavablandıran Azərbaycan Banklar Assosiasiyasından (ABA) bildirilib ki, təqdim olunan girovlar arasında yaşayış evləri və mənzillər üstünlük təşkil edir:

"Banklar kredit qərarı verərkən yalnız müştərinin gəlirlərini deyil, eyni zamanda təqdim olunan girovun likvidliyini, bazar dəyərini və zərurət yarandıqda nə dərəcədə tez realizə oluna biləcəyini də nəzərə alırlar. Məhz buna görə də vətəndaşlar tərəfindən təqdim edilən girovlar arasında yaşayış evləri və mənzillər üstünlük təşkil edir. Bank sektorunda formalaşmış təcrübəyə əsasən, kreditlərin əhəmiyyətli hissəsi yaşayış daşınmaz əmlakı ilə təmin olunur. Bunun əsas səbəbi yaşayış evlərinin bazarda ən likvid əmlak növlərindən biri hesab olunması, qiymətinin daha sabit olması və ehtiyac yarandıqda digər əmlak növləri ilə müqayisədə daha asan satılmasıdır. Banklar üçün girovun əsas üstünlüyü yalnız onun yüksək bazar dəyərinə malik olması deyil, həm də qısa müddətdə bazar qiymətinə uyğun şəkildə realizə oluna bilməsidir”.

Qurum vətəndaşların təqdim etdiyi digər girov növləri ilə bağlı da məlumat verib:

"Yaşayış mənzillərindən sonra bankların girov portfelində avtomobillər, kommersiya təyinatlı daşınmaz əmlak, fərdi yaşayış evləri, torpaq sahələri, bəzi hallarda isə istehsalat və anbar obyektləri yer alır. Lakin avtomobillər zaman keçdikcə dəyər itirdiyi, torpaq sahələrinin və kommersiya obyektlərinin likvidliyi isə yerləşdiyi ərazi və bazar şəraitindən ciddi şəkildə asılı olduğu üçün banklar bu növ girovların qiymətləndirilməsində daha konservativ yanaşma tətbiq edirlər”.

ABA-nın məlumatına görə, son bir il ərzində biznes kreditləri üzrə tam təminatlı kreditlərin payı 0,8 faiz bəndi azalıb. Qismən təminatlı kreditlərin payı isə 4,7 faiz bəndi geriləyib. Eyni zamanda, təminatsız kreditlərin payı 5,5 faiz bəndi artaraq 26,6 faizə yüksəlib.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
16:50 22.07.2026
151 il, bir missiya: Milli mətbuatın yubileyinə dövlət qurumlarından baxış
Prezident Fərman imzaladı
16:28 22.07.2026
Prezident Fərman imzaladı
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
16:26 22.07.2026
Gələcəyin rəhbərləri üçün ideal seçim – ADNSU Biznes Məktəbinin MBA proqramının üstünlükləri – FOTO
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
15:50 22.07.2026
Nazirlər Kabineti iki ay müddətində müəllimlər üçün geyimlə bağlı tələbləri təsdiqləyəcək
Rüfət Əhmədzadə vəfat etdi
15:32 22.07.2026
Rüfət Əhmədzadə vəfat etdi
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
15:26 22.07.2026
Ev, avtomobil, torpaq - Vətəndaşlar kredit üçün banklara ən çox hansı əmlakı girov qoyur?
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
15:12 22.07.2026
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
15:02 22.07.2026
Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
14:58 22.07.2026
Aydın Tağıyev Həsən bəy Zərdabi adına mükafata layiq görülüb
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
14:47 22.07.2026
Bir “CNBC” və “Statista” tərəfindən “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
14:46 22.07.2026
“Media Kuboku-2026" minifutbol turniri başa çatıdı - FOTOLAR
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
14:40 22.07.2026
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
14:35 22.07.2026
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
14:32 22.07.2026
151 illik yol: Azərbaycan mətbuatı rəqəmsal dövrdə hansı çağırışlarla üz-üzədir?
IV kurs tələbəsi vəfat etdi
13:58 22.07.2026
IV kurs tələbəsi vəfat etdi
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan
13:55 22.07.2026
17 yaşlı haker biznes hesablarını belə boşaldıb – 100 min manatdan çox ziyan