Ev heyvanları ilə bağlı vacib xəbərdarlıq: Səbəb tükdür?

Ev heyvanları ilə bağlı vacib xəbərdarlıq: Səbəb tükdür?
SOSİAL
18:59 29.04.2026
317
"Ev heyvanları bəzi insanlarda allergiya riskini artıra bilər".

AZXEBER.COM xəbər verir ki, bnunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib.

Onun sözlərinə görə, allergiyanı yaradan əsas faktor heyvan tükü deyil, onların ifraz etdiyi zülallardır:

"Bu səbəbdən ev heyvanlarının yataq otağına buraxılması məsləhət görülmür. Həmçinin filtrli tozsoranlardan istifadə tövsiyə olunur. Heyvanların gigiyenasına mütəmadi diqqət edilməlidir".

Vurğulayıb ki, düzgün yanaşma və profilaktik tədbirlərlə allergiyanın təsirini xeyli azaltmaq mümkündür.
 
//milli.az
OXŞAR XƏBƏRLƏR