Evdə baş verən dəhşətli yanğında 7 nəfər öldü

Evdə baş verən dəhşətli yanğında 7 nəfər öldü
DÜNYA
11:49 01.02.2023
254
 
Mərkəzi Amerika ölkəsi Qvatemalada evdə baş verən yanğın nəticəsində eyni ailədən 7 nəfər ölüb.
 
AZXEBER.COM xarici KİV-in məlumatına istinadən xəbər verir ki, Qvatemala şəhərindən 300 kilometr aralıda yerləşən Sibinal qəsəbəsindəki evdə yanğın baş verib.

Qaz sızmasından başladığı təxmin edilən yanğında eyni ailədən 4-ü uşaq olmaqla 7 nəfər ölüb.

Yanğınsöndürənlərin müdaxiləsindən sonra meyitlərə çatdırıldığı, yanğına səbəb olan amillərin araşdırıldığı bildirilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR