Evdə hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertıfikat tələb olunacaq - VİDEO

Evdə hazırlanaraq bazara çıxarılan qida məhsulları üçün sertıfikat tələb olunacaq - VİDEO
SOSİAL
22:47 21.09.2026
83
Evdə hazırlanan konservləşdirilmiş qida məhsulları satan şəxslərdən sertıfikat tələb olunacaq.

AZXEBER.COM-un Xezerxeber.az-ıa istinadən məlumatına görə, yeni yanaşma xüsusilə bazarlarda ev üsulu ilə hazırlanan konservləşdirilmiş məhsullara, mürəbbələrə və digərlərinə aid ediləcək.

Belə məhsulların satışını həyata keçirənlər isə yeni qaydalarla razılaşmır.

Satıcılar bildirirlər ki, ev şəraitində hazırladıqları məhsullar onların əsas gəlir mənbələrindən biridir. Onların sözlərinə görə, nəzarətin sərtləşdirilməsi satış imkanlarını məhdudlaşdıra bilər. Bölgə bazarlarında apardığımız sorğu zamanı məlum oldu ki, satıcılara bununla bağlı artıq xəbərdarlıq da edilib.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən "Xəzər Xəbər”ə bildirildi ki, yeni mexanizm çərçivəsində ilk növbədə, ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan və bazara çıxarıla bilən qida məhsullarının dairəsi dəqiqləşdiriləcək. Həmin məhsulların hazırlanması, saxlanılması, daşınması və istehlakçılara təqdim olunması zamanı qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tələblər müəyyənləşdiriləcək. Tənzimləmənin əsas məqsədi ev şəraitində və ailə təsərrüfatlarında hazırlanan qida məhsullarının qanuni şəkildə bazara çıxarılmasına imkan yaratmaqla yanaşı, bu məhsulların istehlakçılar üçün təhlükəsizliyini təmin etmək və qida təhlükəsizliyi sahəsində vahid yanaşma formalaşdırmaqdır.

OXŞAR XƏBƏRLƏR