Evdə meyiti tapılan müəllimin FOTOSU

SOSİAL
10:48 17.02.2025
288
Xəbər verdiyimiz kimi, fevralın 16-da Göyçay şəhər 3 saylı tam orta məktəbin müəllimi Məhəbbət Rəsulova evində ölü tapılıb.

AZXEBER.COM metbuat.az-a istinadən xəbər verir ki, o, uzun illər məktəbdə Rus dili və Ədəbiyyat fənnini tədris edib.

Qeyd edək ki, M.Rəsulovanın yaxınları fevralın 15-də onunla əlaqə saxlaya bilmədikləri üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər. Onun cəsədi isə FHN-in rayon şöbəsinin əməkdaşları tərəfinfən ertəsi gün yaşadığı mənzildə aşkarlanıb.

Müəllimin fotosunu təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR