Evdə nişan edənlər saxlanıldı - Foto

Evdə nişan edənlər saxlanıldı - Foto
SOSİAL
14:44 14.08.2020
669
Goranboy rayonunda gizli nişan mərasimi keçirmək istəyən şəxslər saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, avqust ayının 13-də RPŞ-yə rayon ərazisindəki fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək nişan mərasimini dayandırıb, mərasim iştirakçıları saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib.

Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakini Elşən Qocayev qohumlarını dəvət edərək övladı üçün nişan mərasimi keçirmək istəyib.

Məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.
 

 


OXŞAR XƏBƏRLƏR