Osmaniyedə evdə televizorun partlaması nəticəsində qoca kişi həyatını itirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Osmaniyenin Yeniköy kəndində bir evdə baş verib.
Məlumata görə, evdəki televizor böyük səs-küylə partlayıb.
Qonşuların xəbəri üzərinə hadisə yerinə sağlamlıq və xilasedici qruplar sövq edilib. Partlayış zamanı evdə olan 83 yaşlı Mustafa Avcılar ağır yaralanıb. Yaralı sağlamlıq qruplarının müdaxiləsinin ardından şəhərdəki xüsusi xəstəxanaya aparılıb.
Burada edilən bütün müdaxilələrə baxmayaraq, qocanı xilas etmək mümkün olmayıb və dünyasını dəyişib.
Ayşən