Evdən 15000 manat oğurlayan iki nəfər saxlanıldı

Evdən 15000 manat oğurlayan iki nəfər saxlanıldı
KRİMİNAL
10:52 16.04.2026
120
Şirvanda evdən 15000 manat oğurlayan iki nəfər saxlanılıb.

AZXEBER.COM xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Emin Abbasov və Ağa Dəmirov saxlanılıblar. Onlar qeyd edilən mənzildən 15000 manat nağd pul vəsaiti oğurlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
OXŞAR XƏBƏRLƏR