Velosiped oğruları saxlanıldı

Velosiped oğruları saxlanıldı
KRİMİNAL
16:09 03.06.2026
93
Paytaxtın Yasamal rayonunda velosiped oğurluqlarında şübhəli bilinən şəxslər saxlanılıblar.

Polisə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 34 yaşlı N.Mehdizadə və onun qardaşı D.Mehdizadə saxlanılıblar.

Araşdırmalar zamanı müəyyən edilib ki, onlar rayon ərazisində yerləşən yaşayış binalarında mənzillərin qarşısından ümumi dəyəri 3500 manat olan 7 ədəd velosiped oğurlayıblar.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR