Evdən 8000 manatlıq qızıl oğurlayan şəxslər saxlanıldı

Evdən 8000 manatlıq qızıl oğurlayan şəxslər saxlanıldı
KRİMİNAL
12:52 20.04.2026
408
Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində sakinlərdən birinin evindən oğurluq edilib.

AZXEBER.COM xəbər verir ki, Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxslər – N.Abbasov, O.Abbasov, F.Mövsümov və N.Vəliyev müəyyən edilərək saxlanılıblar. 

Onların daxil olduqları evdən 8000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurladıqları müəyyən edilib.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR