Evdən çıxan 18 COVID-19 xəstəsi saxlanıldı

Evdən çıxan 18 COVID-19 xəstəsi saxlanıldı
SOSİAL
10:00 10.04.2021
216
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

DİN Mətbuat xidmətindən  AZXEBER.COM-a verilən məlumata görə, aprelin 9-də respublika ərazisində 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Onlarla izahedici söhbətlər aparılıb, tibbi prosedurları gözlənilməklə yaşadıqları evə qaytarılıblar.

1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.
OXŞAR XƏBƏRLƏR