8 nəfəri koronavirusa yoluxduran şəxs 5 il həbs cəzasına məhkum edilib.
AZXEBER.COM xəbər verir ki, Vyetnamda 28 yaşlı bir şəxsin karantin qaydalarını pozması ona ağır başa gəlib. Özü korona olmasına baxmayaraq, evdən çıxan və ətrafındakı 8 nəfəri virusa yoluxduran şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, virusa yoluxan şəxslərdən biri artıq vəfat edib.
Qeyd edək ki, koronavirusa qarşı alınan sərt tədbirlər ilə gündəmdə olan Vyetnamda aprel ayından etibarən yoluxmalarda ciddi artım var. Bu ölkədə bu günə qədər 536 mindən çox yoluxma müşahidə edilib. Yoluxanlardan 13385 nəfər isə vəfat edib.
Ayşən Mirzəliyeva