Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

HADİSƏ
17:10 12.02.2025
217
Türkiyənin Biləcik şəhər mərkəzində cinayət hadisəsi baş verib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddət küçədə gəzən Kürşat Ç. adlı şəxs cibindən çıxardığı bıçaqla yolda gedən tanımadığı qadına xəsarət yetirib.

Ayağından bıçaqlanan qadın qaçaraq yaxınlıqdakı binaya sığınarkən, şübhəli qısa müddətdə polis tərəfindən yaxalanıb.
 
Hadisə yerinə gələn 112 Təcili Tibbi Yardım qrupları tərəfindən yaralı qadına ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Kürsat C. məhkəmə tərəfindən həbs olunub.
 
Həmin şəxsin məhkəmədə "Qış gəldi, həvalar soyuqdur. Qalmağa yerim yoxdur deyə cinayət işlədim ki, məni həbsə göndərəsiniz" dediyi öyrənilib.
 
Aysel

OXŞAR XƏBƏRLƏR