​“Evi sökülən vətəndaşa 80-100 min verilir, amma bazarda qiymət 200 mindir”

​“Evi sökülən vətəndaşa 80-100 min verilir, amma bazarda qiymət 200 mindir”
SOSİAL
16:18 14.03.2025
208
"Sabunçu qəsəbəsində 19-cu əsrin sonu, 20-ci əsrin əvvələrində inşa edilmiş 100-lərlə yaşayış binası var. Onların istismar müddəti keçdiyinə görə yaşamaq üçün uyğun şəraitdə deyil”.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsi zamanı bildirib.

Millət vəkilinin sözlərinə görə, Bakıxanov və Sabunçuda təqribən 209 qəzalı bina mövcuddur: "Onlardan yalnız 47 çoxmənzilli bina haqda FHN-in müvafiq aktları əsasında qəzalı vəziyyətdə olduğunu təsdiq edən sənəd tərtib olunub. Digərlərində isə akt tərtib etmək çətinlik yaradır. Çünki buna vəsait olmalı, müraciət olunmalıdır. Bu da bir faktdır ki, icra hakimiyyətlərində belə bir vəsait olmadığına görə bunu gerçəkləşdirmək olmur. Amma bu binaların hamısında Azərbaycan vətəndaşları yaşayır. Sabah hansısa hadisə baş verəndə sonradan peşmanlığını çəkməyək deyə indidən bu problemin həlli istiqamətində ciddi fəaliyyət göstərməliyik. 174 qəzalı vəziyyətdə olan 2 və 3 mərtəbəli binaların sakinləri gözləyirlər ki, hansısa formada bu məsələyə əncam çəkilsin. Sahibkarlar bu məsələyə cəlb olunmalıdır. 

Sökülən qəzalı evlərdə belə vətəndaşa 1300 manat vəsait verilir. 3 otaqlı mənzildə yaşayan vətəndaş gedib 3 otaqlı ev ala bilmir. Çünki ona verilən 80-100 mindir, amma bazarda real qiymət 200 mindir. Məcbur olub şəhərətrafı yerlərdə özlərinə qanunsuz tikinti aparıb, yaşayış evləri tikirlər. Bu da icra hakimiyyəti ilə vətəndaş arasında ciddi problemlərin yaranmasına səbəb olur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi