Müğənni-bəstəkar Murad Arifin "Popumuz var" adlı "Youtube" layihəsinin qonağı İlqar Xəyal olub.
Sənətçi "Sovetski" deyilən məhəllədə olan evinin sökülməsindən bəhs edib:
"Nostalji hislər mənə içəridən əzab verir. Sovet adamıyam, amma obyektivəm. "Sovetski" küçəsində yaşadığım evi sökdülər, darmadağın etdilər. Kvadratına 1500 manat verdilər. Dədə-baba yurdumdan aldığım pula hələ də heç nə ala bilmirəm. Öz qazandığım pulla ev-eşik etdim. Amma sökülən evin pulu bankda yatır.
O evi öz əllərimlə tikmişdim. Hər daşına bələd olduğum evi sökəndə kənardan dayanıb baxırdım, gözüm doldu. Ancaq onu da deyim ki, vaxtı çatmışdı. Yeniləri tikilməlidir".
///Axşam.az