Hadisə Türkiyənin Mersin bölgəsində baş verib.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Refik T. adlı şəxs su idarəsinə olan borcunu ödəmədiyinə görə, Mersin su və kanalizasiya idarəsi onun evinə gedən su xəttini kəsib.
Əsəbləşən Refik.T evini yandırmağa başlayıb. Yanğın baş verən zaman evdə tək qalan şəxsi polislərin və xilasetmə işçilərinin köməyi ilə çölə çıxarmaq mümkün olub.
Qeyd edək ki, dərhal xəstəxanaya aparılan Refik T.-nin vəziyyəti indi yaxşıdır.