Türkiyədə ordunun çevriliş cəhdinin qarşısının alınması prossesində bir genaral da həyatını dəyişib.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Xüsusi Təyinatlı Qüvvə komandanı general-polkovnik Zekai Aksakallının köməkçisi üsyanın əsas iştirakçılarından sayılan generallardan birini öldürüb.
Üsyandan öncə ailəsi ilə birlikdə oğurlanan Zekai Aksakallının yanındakı zabit ad gizli saxlanılan generalın otağına daxil olaraq onun alnından vurub. Nəticədə general vəfat edib.
Qeyd edək ki, dünən qardaş Türkiyədə bir qrup hərbçi tərəfindən dövlət çevrilişinə cəhd edilsə də, bunun qarşısı alınıb.