Çevirilişçilərin daha bir xaos yaradacaq planı: Öcalanı qaçırıb öldürmək istəyiblər

Çevirilişçilərin daha bir xaos yaradacaq planı:  Öcalanı qaçırıb öldürmək istəyiblər
DÜNYA
13:30 20.07.2016
1353

Türkiyədə çeviriş etməyə cəhd edən hərbiçilərin daha bir planı üzə çıxıb.

AZXEBER.COM “Posta” ya istinadən xəbər verir ki, çevirilişə cəhd edən generalların hakimiyyəti ələ keçirəndən sonra ilk planlarından biri də kürdləri küçələrə çıxartmaq olub.

Belə ki, ələ keçirilən sənədlərdə çevirilişçilərin İmralıda saxlanılan PKK-nın lideri Abdullah Öcalanı həbsdən çıxardıb öldürmək istədikləri qeyd edilib. Bunun baş verəcəyi təqdirdə isə kürd xalqının küçələrə axışaraq türklərlə açıq savaşa başlayacaqları istisna edilməyib. Nəticədə isə ölkədə növbəti xaosun yaranması üçün zəmin yaranacaqmış. 

OXŞAR XƏBƏRLƏR