Arzuladığı toy günündə xəyanətə uğrayan qadının intiqamı hər kəsi təəccübləndirib.
AZXEBER.COM Britaniya mətbuatına istinadən xəbər verir ki, Casey adlı qadın həyatının eşqi olduğuna inandığı Alekslə evlənmək üçün dəqiqələri sayarkən nişanlısının uzun müddətdir ki, onu aldatdığına dair şok mesaj alıb.
Cütlük altı il idi ki, birlikdə olublar və Casey sevdiyi kişinin başqası ilə görüşdüyünü bilməyib. Toydan əvvəl dostları ilə qaldığını izah edən Casey telefonunda mesajı ilk görəndə bunun yeni təbrik mesajı olduğunu düşünüb. Ancaq tanımadığı nömrədən gələn mesajda "Mən onunla evlənməzdim. Sən onunla necə evlənəcəksən?" yazılıb.
Mesajla yanaşı, adı açıqlanmayan qadın sevgilisinin mesajlarını və birlikdə çəkilmiş şəkillərini də gəlinə göndərib.
Dostlarının qarşısında göz yaşlarına boğulan qadın yazışma tarixlərini yoxlayanda nişanlısının bu qadınla çoxdan görüşdüyünü, bəzi mesajların isə hətta bir neçə gün əvvələ aid olduğunu aşkar edib.
Qəzəblənən dostları Caseydən dərhal Aleksə zəng vurub toyu ləğv etdiyini söyləməsini xahiş etsələr də, lakin gənc qadın hamının gözü qarşısında qisasını almaq istədiyini bildirib: "Gəlinliyimdə otağın qarşısında dayanıb dostlarımın üzünə baxdım. Əllərim titrəyirdi. Bu, həyatımın ən xoşbəxt günü olmalı idi, əksinə, arzuladığım münasibətin son günü idi. Üstəlik, bütün ailəm və sevdiklərim bu anın şahidi olacaqdılar. Uzun zamandır arzuladığım gəlinliyim artıq sıradan bir paltar idi”.
Gəlin toy günü dərindən nəfəs aldıqdan sonra kütləyə "Deyəsən, Aleks düşündüyüm adam deyil”,- deyib. Gəlin bildirib ki, bəy uzun müddətdir ki, onu aldadır. Aleks gəlinin əllərini tutmağa çalışsa da, lakin Casey əllərini sürüşdürüb və çiçəyin altında gizlətdiyi telefonu çıxarıb və bəyin mesajlarını bir-bir oxuyub.
Hadisədən sonra bəy məkanı tərk edib. Məkana yığışan hər kəs gəlini alqışlamağa başlayıblar. Cəsur gəlinin intiqamı sosial mediada gündəm olub.
Gülay