Evlənənlərin sayı artıb, boşananlar azalıb

Evlənənlərin sayı artıb, boşananlar azalıb
SOSİAL
16:17 14.10.2025
124
Ötən ay ölkədə qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub.

Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 31403 nikah və 13869 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,5-dən 4,6-ya qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.
OXŞAR XƏBƏRLƏR