07:30 Bazar Ertəsi, 19 Avqust 2019
Maqazin

"Evlilik ruhi xəstələrin işidir" - Serdar Ortaç

22:59, 13.08.20194768
Bu günlərdə model Xloye Lougnan ilə boşanan türk müğənnisi Serdar Ortaç Antalyada konsert verib.

Müğənninin evlilik ilə bağlı dediyi sözlər gecəyə damğa vurub.

Əvvəlki konsertlərində ailə həyatının vacibliyini vurğulayan Serdarın bu dəfəki açıqlamaları hər kəsi heyrətləndirib.

"Evlilik ruhi xəstələrin işidir. Normal insanlar evlənməz. Olmaz yəni. Bütün evli insanlara səslənirəm. İki dəli bir araya gəlməməlidir" deyən müğənni daha sonra "İki dəli" mahnısını ifa edib.

Qeyd edək ki, 2014-cü ildə evlənən cütlük anlaşmalı olaraq boşanıblar.
 
///Axşam.az
 

XƏBƏR LENTİ