Türkiyədə evlilik təklifi 7 nəfərin həbsi ilə sonlanıb.
İstanbulda bir qrup gənc dostlarının sevdiyi qıza evlənmə təklifi etməsi üçün əsas yollardan birini bağlayıblar. Hadisə böyük tıxaca səbəb olub.
Gənclərin yolu bağlaması və evlilik təklifi müşahidə kameraları tərəfindən lentə alınıb. Polisin araşdırması nəticəsində həmin şəxslər tapılıb və həbs olunublar.