Evlilik təklifini edəcəyi gün öldü

DÜNYA
15:09 23.09.2014
2343
Türkiyənin Denizli şəhərində sentyabrın 21-də ağır yol qəzası baş verib. 
Yük maşınının sürücüsü şəhərin mərkəzinə gedərkən qəza törədib. Nəticədə o yolda hərəkət edən başqa avtomobillə toqquşub. Yük maşınının toqquşduğu maşının içərisində olan üç nəfərdən ikisi həyatını itirib, biri isə ağır yaralanıb. 
Qəzadan sonra avtomobilin içərisində aparılan axtarışda brilliant üzük tapılıb. Həyatını itirənlərdən Ali Çınarın öz sevgilisinə sürpriz evlənmə təklifi etmək üçün onun yanına getdiyi, üzüyü də ona aldığı ortaya çıxıb. Polis üzüyü gəncin ailəsinə qaytarıb.
///Bizimyol.info
OXŞAR XƏBƏRLƏR