Çevriliş gecəsi mülki şəxsləri vurmaq istəməyən əsgər intihar edibmiş

Çevriliş gecəsi mülki şəxsləri vurmaq istəməyən əsgər intihar edibmiş
DÜNYA
00:14 20.07.2016
1522
İstanbulun Sabiha Gökçen hava limanında çevriliş cəhdi zamanı şəhid olan əsgər Fərhad Daşın öz silahı ilə intihar etdiyi məlum olub.
Əsgər Fərhad Daşın komandirinin xalqa atəş açmaq əmri verməsindən sonra xalqa atəş açmamaq üçün intihar etdiyi bildirilir.
Əsgər yoldaşları deyiblər ki, Fərhad Daş komandirin vur əmrinə tabe olmayıb, "Sənin silahındaki güllə ilə ölməkdənsə öz silahımın gülləsi ilə ölərəm", - deyərək silahını başına dirəyərək atəş açıb. (avropa.info)
OXŞAR XƏBƏRLƏR