Əvvəl "konduktor" işləyirdi, indi teatrda rol oynayacaq

Əvvəl
DÜNYA
17:20 05.05.2016
1618
Rusiyanın futbol millisinin və "Zenit" klubunun hücumçusu Artyom Dzyuba Sankt-Peterburqdakı Mariinski teatrında çıxış edə bilər.
Bu barədə həmin musiqi teatrının mətbuat xidmətindən məlumat verilib.
27 yaşlı futbolçu Sergey Prokofyevin "Petya və canavar" simfonik nağılın oxucusu rolunda çıxış edəcək. Dzyubanın konsert zalındakı çıxışı iyunun 29-na planlaşdırılıb. Lakin futbolçunun bu arzusu reallaşmaya da bilər.
Bunun baş tutmamasına Rusiya millisinin Fransada keçiriləcək Avropa çempionatında 1/4 finala çıxması mane ola bilər. Həmin oyun isə iyunun 30-dadır.
Qeyd edək ki, Artyom Dzyuba ötən ay Sankt-Peterburqda təşkil olunan "Davay-davay!" xeyriyyə aksiyası çərçivəsində tramvaylardan birində "konduktor" işləmişdi.
///Qaynarinfo
OXŞAR XƏBƏRLƏR