Qayınlar kürəkəndən qisaslarını belə alıblar.
AZXEBER.COM-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə Türkiyənin İstanbul şəhərində baş verib.İddiaya əsasən, bir il əvvəl Asuman T. ilə evlənən 35 yaşlı Alaattin Öztaş evləndikdən 2-3 ay sonra evi tərk edib və 10 ildir ki, birgə yaşadığı sevgilisinin yanına qayıdıb. İşi belə görən qayınlar isə bacılarını pis vəziyyətdə qoyan kürəkəni güdməyə başlayıblar.Onlar uzun müddətdir ki, axtardıqları kürəkəni iki həftə bundan əvvəl Bahçelievlər məhəlləsində küçədə görüblər. 3 qayın – 40 yaşlı Ayhan, 38 yaşlı Murat və 19 yaşlı Okan “başıbəlalı sevgili”ni qovalamağa başlayıblar. Əllərində dəyənək və bıçaq olan Ayhan Alaatini bıçaqlayıb. Digər iki qayın isə onu dəyənəklərlə döyməyə davam ediblər. Onlardan yaxasını qurtarmağa çalışan A.Öztaş 50 metr qaçandan sonra yerə yıxılıb. Əsəbləri soyumayan qardaşlar onu döyməyə və təpikləməyə davam ediblər.Onların əməlləri isə əlbəttə ki, küçədəki təhlükəsizlik kameralarında qeydə alınıb. Görüntülərdə Alaatinin yerə sərildiyi, qardaşların isə onu dəyənəklərlə döydükləri və təpiklədikləri aydın əks olunub. Əllərində hətta tüfəng də olan qayınlar sonra hadisə yerindən uzaqlaşıblar.“Qeyrət təəssübkeşləri” olan qardaşlar həbs olunaraq, “xüsusi amansızlıqla qətlə yetirmə” maddəsi ilə cəza evinə göndəriliblər.