Qolları kəsilmiş vəziyyətdə meyiti tapılmış 21 yaşlı Nuran Dutlu cinayəti ilə bağlı məhkəmə prosesi davam etməkdədir.
Kocaeli 3-cü Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə cinayəti törətməkdə ittiham olunan Məhəmməd Yıldız ve Sərtac Özer ilə mərhumun anası Hediye Görmüş qatılıb. Ana Hediye Görmüş qızını qəddarcasına öldürənlərə ən ağır cəzanın verilməsini tələb edib. Hakim növbəti prosesi 3 noyabr tarixinə təyin etdi.
Qeyd edək ki, ötən ilin yanvar ayında Türkiyənin İzmit bölgəsində qadın meyiti tapılmışdı. Əlləri biləklərindən kəsilmiş vəziyyətdə olan meyitin Nuran Dutlu olduğu müəyyən edilib. Jandarm qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə ittiham olunan Məhəmməd Yıldız və onun bacısı Sərtac Özer tutularaq istintaqa cəlb olundu. İstintaq zamanı məlum olub ki, Nuran Dutlunun Məhəmmət Yıldıza 5 min lirə borcu var imiş. Mərhumun bu borcu ödəməkdən imtina etməsimübahisəyə səbəb olub. Mübahisə zəminində M.Yıldız N.Dutlunu əvvəlcə iplə boğaraq öldürmüş, sonra biləklərini kəsmiş, cəsədi isə yol kənarına atmışdır. (femida.az)