“Əvvəllər ürək problemi olduğunu heç vaxt eşitməmişdim”- Vado Korovin - VİDEO

“Əvvəllər ürək problemi olduğunu heç vaxt eşitməmişdim”- Vado Korovin - VİDEO
MAQAZİN
13:09 30.09.2025
361
"O, doğrudan da mehriban və sevilən insan idi. Onun heç kəslə problemi olmayıb”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Space” TV-nin rəhbəri Vado Korovin Cabir İmanovun vəfatı ilə bağlı danışarkən deyib. 

O bildirib ki, həm tamaşaçılar, həm ailəsi, həm də dostları çox sarsıldı:

"Onu sözlərlə ifadə etmək çətindir. Necə ola bilər ki, həmişə sevilən, gülən, sağlam insan cəmi 49 yaşında vəfat etsin? İnsan idman zalına sağlamlıq üçün gedir, ölmək üçün getmir ki… Amma görürsünüz, həyatda nələr baş verir. Biz onu qəflətən, bir anın içində itirdik. Onu həmişə xatirələrimizdə xoş xatırlayacağıq”. 

"Əvvəllər ürək problemi olduğunu heç vaxt eşitməmişdim”-, deyə Vado Korovin bildirib.
 
Aysel Hacızadə

OXŞAR XƏBƏRLƏR