“Exit-poll”: Makron ikinci turda liderlik edir

“Exit-poll”: Makron ikinci turda liderlik edir
DÜNYA
21:17 24.04.2022
419

Fransada prezident seçkilərinin ikinci turunda "exit-poll”un ilkin nəticələri məlum olub.

Yayılan xəbərlərə görə, səsvermədə hazırkı dövlət başçısı Emmanuel Makron liderlik edir.

O, səslərin 55-58% faizini toplaya bilib. Dövlət başçısı Parisdə seçkilər başa çatdıqdan sonra Eyfel qülləsinin ətəyində vətəndaşlara müraciət edərək qələbəsini elan etməyə hazılaşır.

Qeyd edək ki, 2017-ci ildə keçirilən prezident seçkilərində də Makron məhz Le Penə qalib gəlmişdi. O zaman hazırki prezident səslərin 66,1 %-ni toplamışdı.

Xatırladaq ki, Fransa prezidenti beş il müddətinə seçilir.
OXŞAR XƏBƏRLƏR