Çexiya Prezidenti Petr Pavel Ukraynanı realist olmağa çağırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, NATO Hərbi Komitəsinin sədri vəzifəsini də icra edən Pavel Ukraynada davam edən müharibə ilə bağlı "The New York Times” qəzetinə açıqlamalar verib.
Ukraynada illərdir davam edən müharibənin yaratdığı yorğunluğun bir çox sahədə hiss olunduğunu bildirən Pavel, mövcud vəziyyətdə Rusiyanın Ukraynaya məğlub olma ehtimalını düşünmədiyini vurğulayıb.
"Böyük ehtimalla müharibənin nəticəsi Ukrayna ərazisinin bir hissəsinin müvəqqəti olaraq Rusiyanın işğalı altında qalması olacaq”, - deyə Pavel müvəqqəti olaraq xarakterizə etdiyi işğalın illərlə davam edə biləcəyini də qeyd edib.
Çexiyanın xarici işlər naziri Yan Lipavski də prezident Pavelin fikirləri ilə razılaşdığını bildirib və Ukraynanın hazırda bütün torpaqlarını geri ala bilməyəcəyini düşündüyünü bəyan edib. O, həmçinin hər iki ölkənin də müharibə ilə bağlı hədəflərinə çata bilməyəcəyini bildirib.
Cəmalə