Çexiyanın xarici işlər naziri Yan Lipavski Ukraynaya rəsmi səfərə gedib.
O, bu barədə "X” hesabında yazıb.
"Mən altıncı dəfədir ki, Ukraynaya aydın mesajla gəlirəm – Çex Respublikası ukraynalılara dəstəkdən imtina etməyəcək", - o vurğulayıb.
Qeyd olunub ki, Çexiya üçüncü ölkələrdən Ukrayna üçün artilleriya mərmilərinin alınması təşəbbüsünü irəli sürüb. Bu yaxınlarda hər iki ölkə 155 mm kalibrli artilleriya sursatlarının birgə istehsalı barədə razılığa gəlib.