Çexiyada propan-butan qazı daşıyan qatar digər yük qatarı ilə toqquşub, ölən var

Çexiyada propan-butan qazı daşıyan qatar digər yük qatarı ilə toqquşub, ölən var
DÜNYA
21:22 04.04.2021
485
Çexiyada iki yük qatarı toqquşub.

AZXEBER.COM RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə nəticəsində qatarların sürücülərindən biri yaralanıb, digəri isə yerindəcə ölüb.

Ölən sürücünün qatarına propan-butan qazı yükləndiyindən qəza zamanı zərbənin gücündən alov başlayıb.

Hadisə yerinə dərhal yanğınsöndürənlər cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb. 

Yaralı sürücü xəstəxanaya yerləşdirilib.

Hazırda qəzanın başvermə səbəbləri araşdırılır. 

OXŞAR XƏBƏRLƏR