Çexiya öz təşəbbüsü çərçivəsində 2024-cü ilin sonuna qədər Ukraynaya təxminən 500 min sursat tədarük edəcək.
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.
"İlin sonuna qədər tədarüklər proqnozlaşdırılan sürətlə davam edəcək, Ukrayna ordusuna təxminən 500 min ədəd 155 mm-lik sursat tədarük ediləcək”, - o bildirib.
Eyni zamanda, Baş nazir əmin edib ki, bununla paralel olaraq, Çexiya artıq hər il yüzminlərlə iriçaplı digər növ sursat tədarük edir.