Çexiyanın baş naziri: "Ukraynaya döyüşə gedən vətəndaşlarımız cəzəlandırılmayacaq"

Çexiyanın baş naziri: "Ukraynaya döyüşə gedən vətəndaşlarımız cəzəlandırılmayacaq"
DÜNYA
11:39 04.03.2022
997
Rusiya işğalçılarına qarşı döyüşmək üçün Ukraynaya getmək istəyən Çexiya vətəndaşları öz ölkələrində cinayət təqibi ilə hədələnməyəcək.

Bu barədə Çexiyanın Baş naziri Petr Fiala "Twitter" səhifəsində məlumat verib.

"Prezidentlə görüşümüzdə razılaşdıq ki, Ukraynaya gedib Rusiyaya qarşı döyüşmək istəyənlərin cəzalandırılmayacağına təminat verə bilərik".

Qeyd edək ki, Çexiyanın mövcud qanunvericiliyinə əsasən, başqa ölkənin silahlı qüvvələrində hərbi xidmət keçən vətəndaşlar 5 il müddətinə azadlıqdan məhrum edilir.
OXŞAR XƏBƏRLƏR