Naxçıvan Muxtar Respublikasının kəndlərindən birinin mollası olan 1940-cı il təvəllüdlü B.Həsənov (bütün soyadlar şərti) həbs edilib.
AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, B.Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin 14 aprel tarixli hökmü ilə 4 il 6 ay müddətə həbs cəzasına məhkum edilib.
O, Cinayət Məcəlləsinin 150.1-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə təqsirli bilinib və məhkəmə zalındaca qandallanıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, B.Həsənov xeyli müddət qonşuluqda yaşayan qohumu, ağır dərəcəli əqli geriliyi olan birinci qrup əlil 1979-cu il təvəllüdlü S.Məmmədova qarşı xeyli müddət cinsi zorakılıq hərəkətləri edib. Fakt üzə çıxdıqdan sonra cinayət işi açılıb.
Cinayət işi üzrə keçirilən məhkəmə prosesində B.Həsənov törətdiyi əməlin yaşına uyğun olmadığını deyərək üzr istəyib və bağışlanmasını xahiş edib.
Qeyd edək ki, bu ilin yanvarında da Naxçıvanda oxşar əməlləri törədən digər mollaya da hökm oxunmuşdu.