“Exo” qəzeti bağlanır

“Exo” qəzeti bağlanır
MEDIA
17:37 18.05.2018
8987
Rus dilində dərc olunan "Exo” qəzeti öz fəaliyyətini dayandırır.

AZXEBER.COM xəbər verir ki, bu barədə virtualaz.org-a qəzetin əməkdaşları məlumat veriblər.

Bildirilib ki, qəzetin saytının da fəaliyyəti dayandırılacaq.

Xatırladaq ki, "Exo” qəzetinin baş redaktoru, tanınmış jurnalist Rauf Talışinski 8 mayda, 62 yaşında vəfat edib.

"Exo” qəzeti 2001-ci ildən, qəzetin saytı isə 2004-cü ildən fəaliyyət göstərir. "Exo” gündəlik qəzeti hazırda 6 min tirajla çap olunur.
OXŞAR XƏBƏRLƏR