“Ey erməni diasporu, ey Ermənistan, arxiv sənədiniz varsa, qoyun ortaya”– Ərdoğan

“Ey erməni diasporu, ey Ermənistan, arxiv sənədiniz varsa, qoyun ortaya”– Ərdoğan
SİYASƏT
15:22 19.03.2015
1486
“Müxtəlif ölkələri dolaşıb, onlara pul yedirməklə, lobbilər təşkil etməklə, qeyri-əxlaqi yollarla heç nə əldə edə bilməyəcəksiniz”
“Tarixin hər dönəmində olduğu kimi, Birinci Dünya müharibəsi illərində də acılar, faciələr yaşanıb. Bu hadisələrdən təkcə ermənilər zərər çəkməyib. Balkanlarda, Qafqazda ən böyük müsəlman qətlləri o dövrdə yaşanıb”. APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada “100-cü ildönümündə dünya müharibəsinin sənədləri” mövzusunda keçirilən toplantıda çıxışında deyib.
R. T. Ərdoğan bildirib ki, Türkiyə 2015-ci ili öz şanlı mübarizəsinin və zəfərlərinin 100-cü ildönümü kimi qeyd edərkən bəziləri bu ili Türkiyə əleyhdarlığının, Türkiyəyə qarşı düşmənçiliyin bayrağı halına gətirmək istəyir: “Erməni diasporu dünyanın hər yerində soyqırım iddialarına əsaslanan kampaniyalarla Türkiyə düşmənçiliyini aşılamağa çalışır. Bu kampaniyaların məqsədi tarixin müəyyən dövründə ermənilərin yaşadığı acıları gündəmdə tutmaqdan çox, birbaşa bizim dövlətimizə və millətimizə qarşı düşmənçilikdən ibarətdir. O dövrdə Anadoluda ermənilər qədər, hətta onlardan daha çox zərər görən yüz minlərlə insan olub”.
Türkiyə prezidenti üzünü Ermənistana və erməni diasporuna tutaraq onları əllərindəki arxiv sənədlərini ortaya qoymağa çağırıb: “Ey erməni diasporu, ey Ermənistan rəhbərliyi, buyurun, bizim arxivlərimiz, sənədlərimiz burdadır. Bizim hazırda yüz minlərlə, milyondan çox arxiv sənədimiz var. Bəs, sizin nə qədər sənədiniz var? Çıxarın sənədlərinizi, bu məsələni tarixçilərə, siyasətşünaslara, hətta arxeoloqlara, hüquqşünaslara həvalə edək. Gəlsinlər, bu sənədlər üzərində çalışsınlar. Müxtəlif ölkələri dolaşıb, onlara pul yedirməklə, lobbilər təşkil etməklə, qeyri-əxlaqi yollarla Türkiyə əleyhinə kampaniyalar aparmaqla bir şey əldə edə bilməyəcəksiniz. Bu kampaniyaların necə aparıldığını çox yaxşı bilirik. Bizim bu məsələdə kimsəyə verə bilməyəcəyimiz hesabımız yoxdur. Biz təkcə öz millətimizin son 100-150 ildə yaşadığı faciələri araşdırsaq, erməni iddialarından dəfələrlə çox hadisə ortaya çıxar”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: Tezliklə Rusiya və Ukrayna arasında irimiqyaslı əsir mübadiləsi həyata keçiriləcək
14:41 23.05.2025
Tramp: Tezliklə Rusiya və Ukrayna arasında irimiqyaslı əsir mübadiləsi həyata keçiriləcək
"Azərbaycanda paylaşıma görə 10-15 min manat alan bloger və influinserlər var"
14:34 23.05.2025
"Azərbaycanda paylaşıma görə 10-15 min manat alan bloger və influinserlər var"
ARB TV-nin canlı yayımında gözlənilməz qonaq - VİDEO
14:17 23.05.2025
ARB TV-nin canlı yayımında gözlənilməz qonaq - VİDEO
Mərdan “qışqıraraq oxuyursan” deyənlərə cavab verdi
14:08 23.05.2025
Mərdan “qışqıraraq oxuyursan” deyənlərə cavab verdi
Hikmət Hacıyev Ağdam dəmiryolu stansiyası ilə bağlı paylaşım etdi
14:08 23.05.2025
Hikmət Hacıyev Ağdam dəmiryolu stansiyası ilə bağlı paylaşım etdi
Baş rol üçün razılığa gəldilər
13:54 23.05.2025
Baş rol üçün razılığa gəldilər
Medianın İnkişafı Agentliyi Audiovizual Şura ilə birgə müsabiqə elan edib
13:41 23.05.2025
Medianın İnkişafı Agentliyi Audiovizual Şura ilə birgə müsabiqə elan edib
Bu icra hakimiyyəti orqanlarının səlahiyyəti ləğv edildi
13:34 23.05.2025
Bu icra hakimiyyəti orqanlarının səlahiyyəti ləğv edildi
Aygün Əliyeva: "Yüzlərlə türk şirkəti eyni zamanda və eyni məkanda bir araya gələcək"
13:31 23.05.2025
Aygün Əliyeva: "Yüzlərlə türk şirkəti eyni zamanda və eyni məkanda bir araya gələcək"
"Məktəblərdə şagirdlərin saç düzümü, geyimi diqqətdə saxlanılmalıdır" - Deputat danışdı
13:28 23.05.2025
"Məktəblərdə şagirdlərin saç düzümü, geyimi diqqətdə saxlanılmalıdır" - Deputat danışdı
Məşhur aktrisa qəzzalı uşağa himayədar olacaq
13:24 23.05.2025
Məşhur aktrisa qəzzalı uşağa himayədar olacaq
Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA
13:23 23.05.2025
Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı AÇIQLAMA
Qazdıqları xəzinə quyusu ölümlərinə səbəb oldu
13:12 23.05.2025
Qazdıqları xəzinə quyusu ölümlərinə səbəb oldu
Dövlət Gömrük Komitəsindən Mehinin şikayəti ilə bağlı açıqlama
13:10 23.05.2025
Dövlət Gömrük Komitəsindən Mehinin şikayəti ilə bağlı açıqlama
TuranBank “Yaşıl ASAN” proqramı çərçivəsində ekoloji layihəni uğurla başa vurub - FOTOLAR
13:06 23.05.2025
TuranBank “Yaşıl ASAN” proqramı çərçivəsində ekoloji layihəni uğurla başa vurub - FOTOLAR
Kibariye Qrammi mükafatlı ispan müğənni ilə yenidən konsert verəcək
13:04 23.05.2025
Kibariye Qrammi mükafatlı ispan müğənni ilə yenidən konsert verəcək