Leyla Namazova
Eziziyəm Gəncəmə,
Qurban olum Gəncəmə,
Günü-gündən gözəlləşirsən, cavanlaşırsan
Ey gözəl Gəncəm mənim.
Dahilərin, igidlərin, şairlərin vətənisən.
Ey gözəl Gəncəm mənim.
Nizaminin, Məshətinin, Cavad xanın yurdusan sən
Ey gözəl Gəncəm mənim.
Neçə-neçə mərd, igid, qəhrəman oğulların var
Bəxş edibsən onları bizə sən
Ey gözəl Gəncəm mənim
Tarixi, dini, qədim abidələrin var sənin
Ey gözəl Gəncəm mənim
Qürurla saxlayırsan, onları qoynunda sən
Ey gözəl Gəncəm mənim
Məst olur baxdıqca hamı sərvətlərinə sənin
Ey gözəl Gəcəm mənim.
Səs salırsan hər bir yerə,
Öz şan-şöhrətinlə sən
Ey gözəl Gəncəm mənim
Səni sevənlər sevinir,
Sevməyənlər isə üzülür
Ey gözəl Gəncəm mənim
Dadından doymaq olmur
Nemətlərindən sənin,
Ey gözəl Gəncəm mənim.
Dağlarına, bağlarına
Meşələrinə, bulaqlarına
Söz ola bilməz sənin
Ey gözəl Gəncəm mənim
Adamı valeh edir, Göy-Gölün, Hacıkəndin
Ey gözəl Gəncəm mənim
Yaşa, Ucal, Var ol
Ey əziz, doğma Gəncəm mənim