Çəyirdəksiz nar sortu yaradıldı

DÜNYA
09:38 07.03.2013
5322

Daşkənddəki Mirzə Uluğbəy adına Özbəkistan Milli Universiteti biologiya və torpaqşünaslıq fakültəsinin aspirantı Əlişir Səfərov çəyirdəksiz (tumsuz) nar sortu yaradıb.

Ötən ilin payızında Nəvai vilayətinin Kızıltepe rayonunda əkilmiş nar ağaclarından ilk məhsul alınıb.Parlaq qırmızı rəngdə olan məhsul keyfiyyətinə görə çəyirdəkli nardan heç də geri qalmır və təbii şirə hazırlanmasında əvəzsizdir. Yeni sortda məhsuldarlıq çox yüksəkdir və bir narın çəkisi 250-300 qram ağırlığındadır. Bu sortun üstünlüyü ondadır ki, şoran torpaqlarda və səhra şəraitində də yaxşı məhsul əldə etmək olur.Hazırda yeni sortdan 200 ting hazırlanıb və əkilmək üçün müxtəlif vilayətlərə göndəriləcək.

OXŞAR XƏBƏRLƏR