Eyni ərazidəki evlər buna görə kəskin fərqli qiymətə satılır - Açıqlama

Eyni ərazidəki evlər buna görə kəskin fərqli qiymətə satılır - Açıqlama
SOSİAL
21:28 01.07.2026
435
Evlər eyni ərazidə, oxşar sahəyə və tikinti keyfiyyətinə malik olsa da, hüquqi status satış dəyərində ciddi dəyişiklik yaradır. Bəzi hallarda fərq minlərlə manatla ölçülür, bəzi bazarlarda isə bu uçurum daha da böyüyür.

Bəs bu qiymət fərqi real olaraq nə qədərdir və alıcılar üçün hansı riskləri yaradır?

Mövzu ilə bağlı əmlak eksperti Elnur Azadov Demokrat.az-a bildirib ki, sənədsiz və sənədli evlər arasında qiymət fərqi xüsusilə yeni tikililərdə daha aydın görünür:

"Ümumilikdə bazarda müşahidə olunur ki, çıxarışı olmayan mənzillərlə çıxarışı tam rəsmiləşdirilmiş mənzillər arasında orta hesabla təxminən 15 faiz qiymət fərqi formalaşır. Bu fərq əsasən alıcı riskləri ilə bağlıdır, çünki sənədsiz mənzillərdə hüquqi təminat daha zəif hesab olunur və gələcəkdə rəsmiləşdirmə prosesi əlavə vaxt və xərc tələb edə bilər.

Eyni ərazidə yerləşən binalar müqayisə olunduqda belə, çıxarışın olması qiymətə birbaşa təsir edir. Rəsmi sənədi olan mənzillər daha likvid sayılır və alıcılar tərəfindən daha rahat qəbul edilir, bu da onların qiymətini bir qədər yuxarı saxlayır.

Fərdi yaşayış evlərində isə bu fərq daha dəyişkəndir və adətən 15–20 faiz aralığında müşahidə olunur. Burada qiymət fərqinə təkcə sənəd məsələsi deyil, həm də bir sıra digər amillər təsir edir. Məsələn, layihənin keyfiyyəti, evin yerləşdiyi ərazi, mərtəbəlilik, həmçinin həyətyanı sahənin ölçüsü və ümumi infrastruktura yaxınlıq bu fərqi artırıb və ya azalda bilər", - deyə o qeyd edib.
OXŞAR XƏBƏRLƏR